Haqqımızda

Haqqımızda

Şirkət Haqqında Məlumat

"Bakı Polimer İstehsalat” MMC qida və qeyri-qida istehsalçılarına, satış şəbəkələrinə  xidmət göstərən qabqcıl şirkətlərdən biridir. Etibarlı bir partnyor kimi 20 illik uğurlu fəaliyyət müddətində şirkət biznesi ilə tanınmağa, sabit işgüzar münasibətlər qurmağa və peşəkar bir komanda formalaşdırmağa nail olmuşdur. Ən əsası isə ticarət, istehsal və xidmət sahələrində uğurlu işin təminatçısıdır. Müştərilərimizin ehtiyaclarına uyğun olaraq hər zaman inkişaf etmişik və inkişaf edirik. Dürüstlük, davamlılıq, müştəri üçün ən yaxşı həll yollarını axtarmaq, öhdəliklərimizi vaxtında yerinə yetirmək - bunların hamısı şirkətimizi fərqləndirən üstün xüsusiyyətlərimizdir.

Bu gün “Bakı Polimer İstehsalat” MMC Türkiyə, Rusiya, Ukrayna və Çində 15-dən çox fərqli şirkətlərin yerli distribyutoru olmaqla uğurlu və uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. İşin həcmindən və mürəkkəbliyindən asılı olmayaraq etibarlı və məsuliyyətli bir tərəfdaş kimi özünü göstərmişdir. Hər zaman yeni layihə və təkliflərə açıq olmuşuq. Şirkətinin ən vacib və təməl prinsipləri peşəkarlıq və işin səmərəliliyidir. Şirkətin bütün fəaliyyəti müştərinin tələblərinə cavab verməyə yönəldilmişdir. “Bakı Polimer İstehsalat” MMC müştərilərinə yeni müasir qablaşdırma həlləri təklif edərək öz işlərinin gəlirliliyini və səmərəliliyini artırmağa kömək edir.

Sualınız var? Bizə zəng edin
+994 55 888 68 88
Bakı Polimer İstehsalat - Haqqımızda